Əfsanəvi Julius Meinl brendi – Siren Trading portfelində yeni tərəfdaş!

Məmnuniyyətlə bildiririk ki, Siren Trading dünyanın ən nüfuzlu brendlərindən biri olan Julius Meinl ilə rəsmi tərəfdaş oldu.
1862-ci ildə Avstriyada təsis edilmiş Julius Meinl yalnız qəhvə və çay istehsalçısı deyil, həm də unikal Vyana qəhvə mədəniyyətinin daşıyıcısıdır. Artıq 160 ildən artıq, bu brend dünyada milyonlarla insana zərif qəhvə zövqünü bəxş edir.
Artıq Julius Meinl məhsulları Azərbaycanda da təqdim olunur. Premium brendlər portfelimizi genişləndirməkdən qürur duyuruq və əminik ki, Julius Meinl qəhvəsi müştərilərimizin arasında öz sadiq sevərlərini tapacaq.
Julius Meinl qəhvəsini nə fərqləndirir?- Dünyanın ən yaxşı bölgələrindən seçilmiş arabika və robusta dənələri
- Zəngin dadın ortaya çıxması üçün ənənəvi üsullarla yavaş qovrulma
- İstehsalın hər mərhələsində yüksək keyfiyyət standartları və nəzarət
İnanırıq ki, Julius Meinl ilə əməkdaşlığımız Azərbaycanda qəhvə mədəniyyətinin inkişafına yeni imkanlar açacaq.