Vyana qəhvə mədəniyyəti: Julius Meinl 1862-ci ildən bəri ənənələri necə qoruyur.
Vyana qəhvə mədəniyyəti dedikdə, təkcə qəhvənin hazırlanması yox, bir həyat tərzi nəzərdə tutulur. Vyana kofe məkanları — sadəcə kofe içmək üçün deyil, ilham, söhbətvə dərindüşüncə atmosferi yaradan məkanlardır. Avstriyada qəhvə — tələsik içilən bir içki deyil, dayanmaqvə düşünmək üçünbirsəbəbdir. Məhz belə bir mədəniyyət içində doğulan JuliusMeinl brendi bu gün Vyanaqəhvə ənənəsininsinonimivə onun dünyada əsas daşıyıcısı sayılır.
Tarix bir ideya ilə başladı
Vyana kafelərinin tarixi XVII əsrə gedib çıxır. Bu məkanlar tezliklə şairlərin, filosofların, rəssamlarınvə siyasətçiləringörüş yerinə çevrildi. Burada təkcə xəbərlər yox, ideyalar, sənət əsərlərivə poeziyayaranırdı. Qəhvə şəhərin intellektual həyatının ayrılmaz hissəsinə çevrildi. 1862-ci ildə sahibkar JuliusMeinl Avstriyada qəhvə sənayesinə inqilab gətirdi: qəhvənisənaye üsuluilə qovurubqablaşdıraraq hər evə yüksək keyfiyyətli qəhvə çatdırdı. Julius Meinl artıq təkcə kofe makanlarında deyil, evlərdə də gündəlikhəyatınbirhissəsinə çevrildi.
İlham verən brend fəlsəfəsi
JuliusMeinl brendi təkcə məhsul deyil — fikirvə fəlsəfədir. Sloganları belədir: “Inspiring poets since 1862” – “1862-ci ildən bəri şairlərə ilham verir”. Bu fəlsəfəni “Pay With a Poem” adlı beynəlxalq kampaniya simvollaşdırdı. Dünyanın müxtəlif ölkələrində insanlar bir fincan qəhvəyə şeir yazaraq "ödəmə" etdilər. Bu aksiya göstərdi ki, Julius Meinl üçün qəhvə — sadəcə içki deyil, sənət, duyğu və ilhamdır.
Klassikadan bu günə bir körpü
Hər fincan Julius Meinl qəhvəsi — dayanmaq və düşünmək üçün dəvətdir. Klassik Vyana kofe məkanları olduğu kimi, bu gün də brend ənənələri qorumaqla yanaşı, onları 70-dən çox ölkəyə daşıyır. Müasir dünyada, sürət və şablonlar arasında, Julius Meinl dərinlik və ruhu qoruyan brend olaraq qalır. Əgər siz də bir dəfə olsun, feska papaqlı oğlan təsviri olan fincanı əlinizdə tutmusunuzsa — bu mədəniyyətin bir hissəsinə çevrilmisiniz.
Julius Meinl dünyada və Azərbaycanda
Bu gün Julius Meinl 70-dən çox ölkədə fəaliyyət göstərir və dünya miqyasında qəhvə mədəniyyətini inkişaf etdirir. Brend bütün illər ərzində Vyana köklərinə sadiq qalaraq fərqlənir. İndi isə Siren Trading sayəsində bu əfsanəvi brend Azərbaycanda da təqdim olunur. Biz fəxr edirik ki, Julius Meinl-ı ölkəmizdə təmsil edirik və Vyana qəhvə mədəniyyətini hər bir qəhvəsevərə yaxınlaşdırırıq.