Bütün növ parket, döşəmə və mebel səthlərinin təmizliyi və qulluğu üçün diqqətlə keyfiyyətli məhsul seçmək lazımdır.  SIREN TRADING kompaniyası  döşəmə, bütün növ səthlər və mebelləriniz üçün etibarlı Emsal vasitələrini təklif edir.  Emsal – müasir döşəmə örtükləri ilə yanaşı digər taxta, daş və laminat səthlərə də mükəmməl qulluq edir. Yeni tərkibi ilə Emsal vasitələri xüsusi qulluq tələb edən səthləri, birləşmələri, səth kənarlarını mükəmməl qoruyur və nəmin nüfuz etməsinin qarşısını alır.  Su və ya digər mayelər artıq səth birləşməsinə nüfuz edə bilmir və biz əminliklə deyə bilərik ki, səth gözəl, rahat və xarici görünüşünü olduğu kimi qoruyub saxlayır.