"SIREN TRADING" MMC Azərbaycan bazarında yeni Kikkoman məhsulunun satışına başladı.

Kikkoman -Yaponiyada imperator evinin tədarükçüsüdür. Təxminən 400 ildir ki, təbii olaraq bişmiş Kikkoman soya sousu zamanla sınaqdan çıxmış Yapon reseptinə əsasən istehsal olunur. Bu məhsul – bizə Cənubdan gəlib. Çin və Yapon mətbəxinin çox az yeməkləri bu sous olmadan hazırlana bilər. Hal-hazırda Amerikan burqerləri, İtalyan spaqettiləri, salatlarda, balıq yeməklərində də istifadə edilir.

Bu gün bir çox insan soya sousunun yalnız yeməklərə əlavə dad verilməsi üçün deyil,həm də sağlamlıq üçün faydalı, dəyərli pəhriz məhsulu olduğunu düşünür.