Xəbərlər

Ana səhifə Xəbərlər
  • 09.08.2025
  • 103

Portfelimizdə yeni brend — Dalli Group

Şirkətimizin çeşid xətti yeni təchizatçı — Dalli Group ilə daha da zənginləşdi. Dalli, Avropada yuyucu vasitələr, təmizlik məhsulları və dəriyə qulluq  sahəsində aparıcı aparıcı istehsalçılarından biridir.
175 ildən artıq tarixə malik olan Dalli bu illər ərzində alman keyfiyyəti və etibarlılığının simvoluna çevrilmişdir. Bu gün milyonlarla ailə Dalli-nin məhsullarına effektivliyi, təhlükəsizliyi və sağlamlığa göstərdiyi qayğı səbəbilə etibar edir.

Portfelimizdə Dalli Group-un əsas brendləri təqdim olunur: 
  • Dalli — bütün ailə üçün təmizlik gücü: tozlar, gellər və qab yuma vasitələri.
  • Evidur — parça ağlığının və təravətin mütəxəssisi.
  • Sanmed — böyüklər və uşaqlar üçün günəşdən dəri qorunması.
 
Dalli Group-un portfelimizə daxil edilməsi qeyri-ərzaq məhsulları istiqamətimizin gücləndirilməsinə mühüm addımdır və müştərilərimizə yalnız ən keyfiyyətli məhsulları təqdim etdiyimizin daha bir sübutudur.

Əməkdaşlıq sorğusunu təqdim edin