Partnyorlar

Ana səhifə Partnyorlar
Kao
  • 05-20-2024
  • 257

Kao

“Kao” 1887-ci ildə Yaponiyada Tomiro Nagase tərəfindən yerli tualet sabunu istehsalçısı kimi yaradılıb. 1954-cü ilədək şirkət “Kao Soap Company”, 1985-ci ildən isə “Kao Corporation” kimi tanınır. Adı şirkətin ilk məhsulu olan "Kao Sekken" sabunundan götürülüb. "Kao"nun məqsədi keyfiyyətli məhsulları ilə insanları qlobal miqyasda məmnun etmək və onların həyat keyfiyyətlərini artırmaqdır.

1890-cı ildə istehsal edilən "Kao Sekken" sabunu yüksək keyfiyyəti sayəsində bazarda sürətlə populyarlaşdı. 1911-ci ildə xam qliserin, 1928-ci ildə isə ECONA (Edible Coconut Oil of Nagase) adlı yeyilə bilən yağ təqdim olundu. 1932-ci ildə şirkət Yaponiyada "Kao" şampununu bazara çıxardı. 1938-ci ildə “Excelin” yuyucu tozunu istehsal etdi. 1951-ci ildə "Kao Kona Sentaku" adlı sintetik yuyucu vasitə təqdim olundu və bu, elektrikli paltaryuyan maşınların yayılmasında mühüm rol oynadı. 1958-ci ildə “Wonderful-K” adlı mətbəx üçün yuyucu vasitənin toz şəklində, daha sonra isə maye formasında istehsalına başlanıldı. 1960-cı illərdə "Zab" və "Mypet" kimi yuyucu vasitələr təqdim edildi. 1970-ci illərdə isə "Merit" şampunu bazara çıxarıldı. 1978-ci ildə qadınlar üçün "Laurier" bezi istehsal edildi. 1980-ci illərin ortalarında "Bioré" adlı üz təmizləyici vasitə təqdim edildi və bu məhsul dərinin təmizliyini daha asan və zərif şəkildə təmin edirdi. 1983-cü ildə "Merries" uşaq bezləri bazara çıxarıldı. Bu bezin yeni texnologiyalarla hazırlanması uşaqların rahatlığını təmin etdi. 1987-ci ildə "Attack" məhsulu biotexnologiyalar istifadə edərək daha az miqdarda yuyucu ilə yüksək təmizlik təmin etdi və bu, bazarda inqilab yaratdı. 1994-cü ildə “Aube” adlı markanın dəriyə qulluq və makiyaj məhsulları bazara təqdim olundu. 1997-ci ildə "Bioré" markası ABŞ bazarına daxil oldu, qısa müddətdə Avropa və Şimali Amerikada da tanınmağa başladı.

2000-ci illərin əvvəllərində "Jergens Natural Glow" və "Brilliant Brunette" kimi dəri və saça qulluq məhsullarının istehsalına başlanıldı. 2013-cü ildə “Merries” “Shun Shuang Tou Qi” adlı birdəfəlik istifadə üçün nəzərdə tutulan uşaq bezləri Çin bazarına təqdim olundu. Bu məhsul Çinin Hefei şəhərində yerləşən zavodda istehsal edildi. Yeni bezlər əlavə quruluq xüsusiyyəti ilə seçildi və valideynlər tərəfindən yüksək qiymətləndirildi. 2019-cu ildə şirkət "Attack ZERO" yuyucu vasitəsini təqdim etdi. Bu məhsul daha təmiz və effektiv yuma təmin etmək məqsədilə “Bio IOS” adlı maddədən hazırlandı.

“Kao” indiyədək qlobal bazarda lider mövqeyini qoruyur. 2020-ci ildə "MyKirei by KAO" markası ABŞ bazarında istifadəyə verildi və sağlam həyat üçün yeni həllər təqdim etməyə başladı. Şirkət ətraf mühitə olan məsuliyyətini daima artırır, hər il yeni məhsul və texnologiyalarla bazara çıxaraq insanlara faydalı və rahat həllər təqdim edir.







Əməkdaşlıq sorğusunu təqdim edin