- 05-20-2024
- 37
Ficosota
Ficosota: Etibar edə biləcəyiniz dad
1994-cü ildə ailə biznesi kimi fəaliyyətə başlayan Ficosota, bu gün qida, gigiyena və məişət təmizliyi sahəsində Şərqi Avropanın aparıcı istehsalçılarından biridir. Şirkətin məhsulları 80-dan çox ölkədə satışdadır və Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif bazarlarında tanınır.
Ficosotanı digərlərindən fərqləndirən əsas cəhət — keyfiyyət, innovasiya və detallara verilən diqqətdir. Şirkətin brendləri həm zövqə, həm dizayna, həm də rahat istifadəyə önəm verən müasir istehlakçılar üçün yaradılır. Avropa kulinariya ənənələri və müasir trendlərlə ilhamlanan Ficosota, məhsullarına həm dad, həm vizual estetik, həm də funksionallıq qatır.
Portfelimizdə şirkətin iki məşhur qastronomiya brendi yer alır: Maretti və My Motto — hər biri öz üslubuna və dadına malikdir.
Maretti: Hər dilimdə qastronomiya
Ətirləri ilə iştaha açan xırtıldayan Maretti qəlyanaltıları artıq Avropanı çoxdan fəth edib. Bu, sadəcə adi bir qəlyanaltı deyil — italyan mətbəxindən ilhamlanan mini bruskettilərdir. Hər dilim — qızılı rəngdə xırtıldayan teksturaya malik, diqqətlə seçilmiş dadların ahəngidir. Klassik pendir və göbələkdən tutmuş Aralıq dənizi ədviyyatlarınadək — Maretti gündəlik qəlyanaltını əsl dad zövqünə çevirir.
Maretti, ləzzətli yeməkləri və həyatın kiçik zövqlərini qiymətləndirənlərin seçimidir. İstər içkilərlə birlikdə, istərsə də salatlara əlavədə və ya günün istənilən anında müstəqil qəlyanaltı kimi mükəmməldir.
My Motto: Xarakterli vafli rollar
My Motto — zəngin emosiyalar üçün yaradılan, müasir qəlyanaltıdır. Xırtıldayan vafli rollar, zəngin kremli və dəbli qablaşdırmada — bu sadəcə şirin deyil, həm də əhval ruhiyyəni göstərmək üçün bir fürsətdir. Brendin şüarı olan: "Fikirlərini Motto ilə ifadə et" məhz buna işarədir. Hər bir dad bir hissi, bir əhvalı əks etdirir.
Avropa standartlarına uyğun istehsal olunan brendin məhsulları müasir avadanlıq ilə keyfiyyətli inqrediyentlərlə hazırlanır. My Motto – etibar edə biləcəyiniz, şirin ləzzət.
Biz Azərbaycanda Ficosota-nın rəsmi distribyutoruyuq
Ficosota şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi və tədarükçüsü olmaqdan qürur duyuruq. Həmçinin bu məhsulların orijinallığını, keyfiyyətini və zamanında çatdırılmasını təmin edirik.