- 05-20-2024
- 101
Harper Hygienics
1990-cı ildə təsis olunan “Harper Hygienics” şəxsi gigiyena və uşaqlara qulluq məhsullarının istehsalında Polşanın lideri olmaqla yanaşı, beynəlxalq bazarda da etibarlı ad qazanıb. Şirkət 2010-cu ildən etibarən Varşava Fond Birjasında siyahıya alınıb. “Cleanic”, “Kindii”, “Presto Clean and Go” kimi tanınmış markalarla istehlakçılara yüksəkkeyfiyyətli məhsullar təqdim edir.“Cleanic” makiyaj təmizləmə diskləri, gigiyenik pambıq çubuqları və intim gigiyena salfetləri kimi məhsulları ilə tanınır. “Kindii” uşaqlar üçün, “Presto Clean and Go” isə evlər üçün müxtəlif gigiyena məhsullarını təqdim edir.
1991-ci ildən “Harper Hygienics” kosmetik pambıq disk və çubuqların istehsalına başlayıb. 2001-ci ildə körpələr üçün yaş salfetlər və makiyaj təmizləmə salfetləri bazara təqdim edilib. 2003-cü ildən intim qulluq üçün nəzərdə tutulan salfetlər istehsal olunub. 2019-cu ildə bioloji parçalana bilən kosmetik pambıq çubuqları və ekoloji təmiz nəm salfetlərin istehsalına başlanılıb. 2022-ci ildən gündəlik və gigiyenik bezlər, quru salfetlər bazarda satışa çıxarılıb.
“Harper Hygienics” müştəri tələblərini daim izləyir və onların ehtiyaclarına cavab verən innovativ məhsullar təqdim edir. 2017-ci ildən şirkət “Cotton Club” qrupunun bir hissəsidir. Mərkəzi və Şərqi Avropada nəm salfet və pambıqdan hazırlanan gigiyenik məhsulların ən böyük istehsalçılarından biridir. İstehsal mərkəzləri Polşa və Latviyada yerləşir.
Məhsullarını 60-dan çox ölkəyə ixrac edən “Harper Hygienics” innovativ çeşidlərlə yeni bazarlara daxil olmaq üçün daim imkanlar axtarır. Şirkət bir çox istehlakçı mükafatlarına layiq görülüb, məhsulları yüksəkixtisaslı və təcrübəli komanda tərəfindən hazırlanır.
Şirkətin prioritetlərindən biri istehsal prosesinin hər mərhələsində ən yüksək standartları qorumaqdır. Keyfiyyətə nəzarət şöbəsi xammal və qablaşdırmanı daim yoxlayır, laboratoriya analizləri Avropa standartlarına uyğun aparılır. Mikrobioloji testlər şirkətin məhsullarının istehlakçılar üçün təhlükəsiz olduğunu təsdiqləyir.