Partnyorlar

Ana səhifə Partnyorlar
Dr. Theiss
  • 05-20-2024
  • 327

Dr. Theiss

LACALUT® stomatoloji brendinin  tarixi 20-ci əsrin 20-ci illərinin əvvəllərinə dayanır. Ən yüksək keyfiyyət və səmərəlilik onun mütəxəssislər arasında tanınmasını və 60-dan çox ölkədə istehlakçılar arasında populyarlığını təmin etmişdir.
 
Bütün LACALUT® məhsulları yalnız Almaniyada istehsal olunur, istehsal əczaçılıq zavodunda yerləşir və GMP keyfiyyət standartlarına uyğundur. 
 
1978-ci ildə Dr.Peter Theiss Homburqda Dr.Theiss Naturwaren GmbH əczaçılıq zavodunu açmışdır.
 
2009-cu ildən şirkət müasir memarlığın parlaq nümunəsi olan və geniş şəkildə tanınan orijinal binada yerləşir. 
 
Şirkət bu görkəmli bina ilə haqlı olaraq fəxr edir və öz məhsullarını “Made in Homburg” markası ilə dünya bazarına çıxara bilmək üçün gələcəkdə də bu yerdə qalmağı planlaşdırır.
 
LACALUT® diş pastalarının və yaxalama vasitələrinin hazırlanmasında və yaradılmasında şirkət ən müasir komponentlərdən və innovativ texnologiyalardan istifadə edir.
 
İstehsal müəssisədə tətbiq edilən ciddi keyfiyyət nəzarəti altında və LACALUT® markalı məhsulların ən yüksək alman keyfiyyətini saxlamaqda öz missiyasını görən direktorun şəxsi nəzarəti altında həyata keçirilir. 
 
LACALUT® məhsul çeşidinə 40-dan çox məhsul daxildir.
 
Hər il LACALUT® çox vaxt bitki materiallarından ekoloji cəhətdən təmiz təbii inqrediyentlərdən ibarət yeni məhsullar buraxır. Yeni diş pastalarının və yaxalama vasitələrinin yaradılması prosesi şirkətin qurucusu, təbiət elmləri üzrə elmlər doktoru Dr.Peter Teisin rəhbərliyi altında öz elmi laboratoriyamızda baş tutur.
 
Bütün LACALUT® məhsullarının keyfiyyəti təhlükəsizlik və effektivliyə dair çoxmərkəzli təsadüfi seçilmiş  klinik tədqiqatların nəticələri ilə təsdiqlənir.

Əməkdaşlıq sorğusunu təqdim edin