Partnyorlar

Ana səhifə Partnyorlar
Kotanyi
  • 05-20-2024
  • 316

Kotanyi

Kotányi kompaniyası Avstriya istehsalşısı olub, 1881 –ci ildən ətirli otlar və ədviyyatlar tədarükçüsü kimi əsası qoyulub. Kotanyi ədviyyatları əsasən Avstriyada satılır, amma ümumi dövriyyənin yarıdan çoxu Mərkəzi və Şərqi Avropa ölkələrinin payına düşür. 1881-ci ildə Yanuş Kotanyi şirin istiotun emalı üzrə dəyirman təsis edir, yenilikçilik ruhu və həvəsi sayəsində uğur qazanır. Beləliklə, bu günümüzdə ailənin dördüncü nəslinin rəhbərlik etdiyi beynəlxalq brendlərdən biri olan Kotanyi belə yaranir. Şirkət müxtəlif ölkələrdən 4500 ədviyyat daxil olmaqla yeməklərə xoş dad və ətir verən unikal məhsul çeşidləri təklif edir.

Biz müxtəlif ölkələrdən 4500 ədviyyat daxil olmaqla unikal məhsul çeşidini təklif edirik. Bu da yeməklərinizə gözəl dad və ətir bəxş etməyə kömək edəcək. Kotányi ilə dad və ətir dünyasına daxil olun. Şirkət yaranandan bəri öz təcrübəmizdən qastronomik tendensiyaları müəyyən etmək, aşpazları ruhlandırmaq və mətbəxdə müasir tendensiyalar yaratmaq üçün istifadə etmişik. Kotányi ən yaxşı Avstriya ənənələrinə malik ailə biznesidir. Biz ot və ədviyyatlar üzrə aparıcı beynəlxalq istehsalçılarından biriyik və yeni və maraqlı məhsullar yaratmağa davam etməyi planlaşdırırıq. Çünki bizim yeniliklərimiz sizin zövqünüzün açarıdır.

Həmişə eksklüziv keyfiyyət

Təbii otların və ədviyyatların heyrətamiz dadını heç nə əvəz edə bilməz. Yüksək keyfiyyətli məhsullar yaratmaq üçün hər bir Kotányi ədviyyatı diqqətlə seçilir. Keyfiyyətə nəzarətimiz həmçinin bütün xammal və məhsulların ən yüksək standartlara cavab verməsini təmin edir. Biz bunu uğurun əsas resepti hesab edirik.










Əməkdaşlıq sorğusunu təqdim edin