
"SIREN TRADING" Polşanın
“Harper Hygienics” şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində məhsullarını 60-dan çox ölkəyə ixrac edən şirkətin
"Cleanic" brendinin pambıq disk və çöpləri, qadınlar üçün bezləri, uşaqlar üçün salfetləri Azərbaycanda satışa çıxarılıb. Yüksəkkeyfiyyətli çeşidləri ilə seçilən
"Cleanic" ekoloji cəhətdən təmiz qablaşdırmada təbii materiallardan hazırlanmış, sertifikatlı məhsullar təqdim edir.
Qeyd edək ki,
“Harper Hygienics”in prioriteti istehsal prosesinin hər mərhələsində ən yüksək standartları qorumaqdır. Şirkətin Keyfiyyətə nəzarət şöbəsi xammal və qablaşdırmanı daim yoxlayır, laboratoriya analizləri Avropa standartlarına uyğun aparılır. Mikrobioloji testlər
“Harper Hygienics”in məhsullarının istehlakçılar üçün təhlükəsiz olduğunu təsdiqləyir.