Xəbərlər

Ana səhifə Xəbərlər
  • 17.03.2025
  • 70

"SIREN TRADING" MMC və "Kotanyi" Bakıda kulinariya ilə bağlı forumda iştirak edib

Martın 12-13-də Bakı Kulinariya Assosiasiyası və Rusiyanın “Chef’s Team” Aşpazlar Assosiasiyasının təşkilatçılığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıda forum keçirilib. Forum kulinariya sahəsindəki innovasiyaları və təcrübələri müzakirə etmək məqsədilə təşkil olunub.

Tədbirdə iştirak edən 3 istehsalçı şirkətdən biri də Avstriyanın unikal ədviyyat çeşidləri istehsalçısı “Kotanyi” olub. “SIREN TRADING” foruma “Kotanyi”nin Azərbaycandakı rəsmi distribütoru olaraq qatılıb. “SIREN TRADING”in “Food Service” komandasının əməkdaşları “Kotanyi”nin Rusiyadan gələn nümayəndə heyəti ilə ədviyyat məhsullarını təqdim ediblər. Ədviyyatlar haqqında video təqdimat nümayiş olunub, onların xüsusiyyətləri və keyfiyyəti ilə bağlı müzakirə aparılıb. “Kotanyi” məhsullarının sərgiləndiyi stend tədbir iştirakçılarının marağına səbəb olub.

Forum çərçivəsində istehsalat təlimi ustaları üçün Rusiyanın “Chef’s Team” Aşpazlar Assosiasiyasının sədri Nikolay Sarıçevin "Emosional yemək", Azərbaycan Aşpazlar Gildiyasının, Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Hənifə və Bakı Kulinariya Assosiasiyasının vitse-prezidenti Zaur Qafarovun “Milli yemək” mövzusunda master-klası təşkil edilib. Bakı Kulinariya Assosiasiyasının baş katibinin müavini, “Diyar.az” layihəsinin təsisçisi və direktoru Nigar Amirbekova master-klas çərçivəsində hazırladığı yeməklərdə “Kotanyi” ədviyyatlarından istifadə edib. Daha sonra onların dequstasiyası aparılıb. Kulinariya üzrə ekspertlər və forumun digər iştirakçıları məhsullarla bağlı fikirlərini bölüşüblər.

Əməkdaşlıq sorğusunu təqdim edin