Xəbərlər

Ana səhifə Xəbərlər
  • 07.04.2025
  • 55

Siren Trading, DR. KURT WOLFF GMBH & CO. KG ilə əməkdaşlığa başlayır


Siren Trading şirkəti DR. KURT WOLFF GMBH & CO. KG ilə əməkdaşlığa başladığını qürurla elan edir. Bu şirkət Avropanın aparıcı kosmetik və dermatoloji məhsullar istehsalçılarından biridir. Bu tərəfdaşlıq Azərbaycanın bazarında təqdim olunan məhsul çeşidinin inkişafı və genişləndirilməsi üçün yeni imkanlar açır.

DR. KURT WOLFF məhsulları elmi tədqiqatlara və təbii inqrediyentlərə əsaslanan yüksək keyfiyyəti ilə tanınır. Siren Trading şirkəti tərəfdaşın məhsullarını Azərbaycanda eksklüziv şəkildə təqdim edəcək və bunun sayəsində innovativ dermatoloji həllər istehlakçılar üçün daha əlçatan olacaq.

"Biz əminik ki, bu əməkdaşlıq müştərilərimizə böyük fayda gətirəcək və onlara gözəllik və sağlamlıq üçün qabaqcıl həllər təklif edəcək", – Siren Trading şirkətində qeyd ediblər.

DR. KURT WOLFF GMBH & CO. KG – 100 ildən artıq tarixi olan Almaniya şirkətidir və yüksək keyfiyyətli kosmetik və dermatoloji məhsulların hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. Şirkətin portfelinə Alpecin və Plantur 39 kimi məşhur brendlər daxildir.

Şirkət saç, dəri və diş baxımı üçün innovativ formullar hazırlamaq məqsədilə tədqiqatlara aktiv şəkildə investisiya yatırır. Məhsulları elmi yanaşması, təbii inqrediyentləri və yüksək effektivliyi ilə fərqlənir və bu da DR. KURT WOLFF şirkətini öz seqmentində liderlərdən birinə çevirir.

Əməkdaşlıq sorğusunu təqdim edin