“SIREN TRADING” MMC-nin əməkdaşları Moskvada “Prodexpo-2025” sərgisini ziyarət ediblər

Fevralın 3-7-də Moskvada "EXPOCENTRE” kompleksində
“Prodexpo-2025” beynəlxalq sərgisi keçirilib və “SIREN TRADING”in əməkdaşları sərgini ziyarət ediblər.
Sərgi çərçivəsində Şri-Lankanın və dünyanın qabaqcıl çay istehsalçısı “Dilmah”, Rusiyanın yüksəkkeyfiyyətli dənli taxıl bitkiləri və sağlam qida məhsulları istehsal edən “Mistral”, “Союзпищепром” (“Царь”, “Green Milk”), ən böyük süd və süd məhsulları istehsalçısı olan “Ekoniva” fabriklərinin aparıcı menecerləri ilə görüş keçirilib. Görüşdə qeyd edilən partnyor şirkətlərlə "SIREN TRADING” arasında 2024-cü ilə aid satış nəticələri müzakirə olunub. 2025-ci il üçün nəzərdə tutulan satış planlarına dair geniş fikir mübadiləsi aparılıb.
“SIREN TRADING”in əməkdaşları “Ekoniva” fabrikinin Kaluqa vilayətində yerləşən zavod və fermalarını ziyarət edib, orada yaradılan istehsal şəraiti ilə yaxından tanış olublar. Onlar müasir texnologiyalarla təchiz olunan zavodda süd məhsullarının istehsalı prosesini izlədikdən sonra məhsulları dequstasiya ediblər.
Qeyd edək ki, Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Rusiya Ticarət və Sənaye Palatasının himayəsi ilə təşkil olunan sərgidə Azərbaycan da daxil olmaqla 36 ölkədən 1835 şirkət iştirak edib.