“SIREN TRADING” MMC Almaniyanın "GARMO" şirkəti ilə müqavilə imzalayıb

“SIREN TRADING” Almaniyada qida sənayesində tanınmış istehsalçı, 50 ildən çox təcrübəsi olan "GARMO" şirkəti ilə əməkdaşlığa başlayır.
"GARMO"nun “GAZİ” brendinin müxtəlif pendir çeşidləri tezliklə Azərbaycanda satışa çıxarılacaq. Bu çeşidlərə keçi pendiri, qoyun pendiri, kremli yumşaq pendir, kaşar pendiri və çoban pendiri daxildir. “Top Marke 2021” mükafatına layiq görülən otlu, təbii, ballı barbekü souslu, acı bibərli, həmçinin, “Hellium” qızardılmış pendir çeşidləri də alıcılara təqdim ediləcək. “GAZİ”nin yağda kub şəklində olan otlu pendiri fərqli dadı ilə alıcıların unikal seçimi olacaq.