1987-ci ildə   Rusiyanın Qosaqroprom, İsveçin "Tetra Pak" konserni və Braziliyanın Sukositriko Kutrale S.A. kompaniyası arasında niyyət protokolunun imzalanması ilə zavodun tikintisinə start verilir.  Məhz bu məqamı "Proqress" Səhmdar Cəmiyyətinin tarixinin başlanğıcı hesab etmək olar.

Şirkət 2000-ci ildə Lipetsk vilayətində yeni brend adı altında -FrutoNyanya uşaq qidalarını istehsal etməyə başlayır və hal-hazirda 200-dən artıq məhsul istehsal edir.

FrutoNyanya erkən yaşda uşaqlar üçün istehsal edilmiş qida sahəsində ekspertdir.FrutoNyanya məhsulları əla keyfiyyəti və əlverişli qiyməti ilə alıcıları sevindirir. O körpənin sağlamlığı üçün tam təhlükəsizdir və ilk qida məhsulu kimi ideal şəkildə yararlıdır. Onun tərkibi immunitetin möhkəmlənməsinə kömək edən yalnız təbii komponentlərdən, uşaq orqanizmi üçün yararlı olan meyvə və tərəvəzlərdən ibarətdir.

FrutoNyanya məhsulları müxtəlif kateqoriyalarda təmsil olunur ki, bu da uşağın tələbatlarını maksimum ödəməyə imkan verir. Bu kateqoriyaya  şirə və kompotlar, meyvə, tərəvəz püreləri, sıyıqlar, süd məhsulları, sular və meyvə şərbətləri daxildir.

 2014-ci ildən şirkət hamilə və uşaq əmizdirən qadınlar üçün məhsullar istehsal etməyə başlayıb.




Sayta Keçid: progressfood.ru